Hər vaxtınız xeyir, dəyərli izləyicilərimiz və dostlarımız!🙂👋 ⠀ Mətbəx mebelləri materialları. ⠀ Mətbəx evin digər otaqlarından tamamilə fərqlidir. Belə ki, mətbəx otağına mebel alarkən onun suya, zərbəyə, buxara, yüksək tempratura davamlı olmağı çox vacibdir. Mətbəx mebeli hazırlatmadan öncə mebelin materialına qərar verməlisiniz. Dolabların gövdəsi və qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür, lakin bu materialların seçimində diqqətli davranmalısınız. Çünki, mebeli uzunmüddətli istifadə edəcəyiniz üçün materialın dözümlülüyü vacibdir. Mətbəx dolabları üçün hansı materiallar istifadə edilməli? Doğru seçim etməyiniz üçün siz ilk öncə materiallardan xəbərdar olmalısınız. ⠀ MDF – Orta sıxlığa malik taxtalifi mənasındadır. Ağac lifləri ilə yapışdırıcının yüksək temperaturda preslənməsindən hazırlanır, ekoloji cəhətdən qiymətlidir. Liflər sıx olduğu üçün MDF löhvələr çox möhkəm materiala sahib olur. Rəngləmək və laminə etmək üçün ideal bir seçim olub, ağacın bütün üstünlüklərinə malikdir və ağacdan daha ucuz materialdır. ⠀ LDSP-Laminat. Preslənmiş ağac yonqasının üzlənməsindən əldə olunur. DSP, istənilən rəng çalarında üzlənə bilir, ən ucuz materialdır. ⠀ Təbii ağac- İstənilən ağacdan mətbəx mebeli hazırlamaq mümkündür. Klassik mebellərdə geniş istifadə edilir və qiymətcə digər materiallardan daha bahadır. ⠀ ⠀ Daha ətraflı məlumat üçün təklif edirəm bizim konsultasiyadan keçəsiniz. ⠀ Sizin Minay Azəriqızı.🙂 Bizi izləməyə unutmayın. Görüşənədək!👋 ⠀ Əlaqə: 📱 +99450 233 11 44 📌 Baki ş., Əhməd Rajabli küç.,25B,“AY PLAZA” 📧 office@teoria-art.az